"ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri nəticəsiz olsa da, münaqişənin bütün Yaxın Şərqə yayılmasına üçün zəmin yaradır".
“EDnews” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının rəsmi nümayəndəsi bildirib.
"Bu düşmənçilik hərəkəti ölməkdə olan sionist rejimi (İsraili) dirçəltmək üçün lazım idi, lakin bu, nəinki nəticə vermədi, həm də İran Silahlı Qüvvələrinin qanuni hədəflərinin siyahısını genişləndirdi və regionda müharibənin yayılması üçün zəmin yaratdı", - o, İranın dövlət televiziya və radio şirkətinin efirində qeyd edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahından, həmçinin bildirilib ki, İranın ABŞ-yə cavabı güclü, məqsədyönlü, gözlənilməz olacaq və aqressoru etdiyinə görə peşman edəcək.