Litvanın paytaxtı Vilnüsdə çoxmənzilli binada baş verən yanğın səbəbindən 70-dən çox insan təxliyə edilib.
“EDnews” xəbər verir ki , bu barədə Litva Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Xilasetmə Departamentinin nümayəndəsi Miroslav Gerasimoviç jurnalistlərə bildirib.
"Yanğın 12 mərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzildə baş verib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər 76 nəfəri təxliyə ediblər", - o bildirib.
Məlumata görə, doqquz nəfər tibbi yardıma müraciət edib. Altı yanğınsöndürmə briqadasının mübarizə apardığı yanğın söndürülüb.
Fatimə Mərdanlı // EDnews