Hindistanın paytaxtı Nyu-Delhinin şimal-şərqində yerləşən Mustafabad bölgəsində dördmərtəbəli binanın uçması nəticəsində ən azı 11 sakin həlak olub.
“EDnews” xəbər verir ki , bu barədə “The Pioneer” qəzeti məlumat yayıb.
Bazar günü baş verən faciəyə köhnə binanın birinci mərtəbəsində aparılan tikinti işlərinin səbəb olduğu ehtimal edilir.
Polisin məlumatına görə, 11 nəfər həlak olub. Bir gün davam edən xilasetmə işləri zamanı dağıntılar altından eyni sayda bina sakini xilas edilib.
Fatimə Mərdanlı // EDnews