Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Hadisə 11:53 26.04.2025

Bu gün tarixdə dərin iz buraxan Çernobıl Atom-Elektrik Stansiyasındakı dəhşətli qəzanın baş verməsindən 39 il ötür.

"EDnews" bildirir ki, 1986-cı il aprelin 26-da baş verən bu hadisə XX əsrin ən ciddi texnogen fəlakətlərindən biri kimi yadda qalıb. Stansiyanın dördüncü enerji blokunda baş vermiş güclü partlayış nəticəsində ətraf ərazilərə böyük miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü, vaxtilə Xirosimaya atılmış atom bombasının təsirindən 500 dəfə artıq olub. İlk günlərdə partlayış, yanğın və yüksək şüalanma səbəbindən azı 50 nəfər həyatını itirib.

Zaman keçdikcə qəzanın təsirləri daha geniş miqyas alıb. Hələ də həmin hadisə nəticəsində yaranmış xəstəliklərdən ölənlərin dəqiq sayı məlum olmasa da, müxtəlif mənbələr bu rəqəmin 50 mindən 100 minə qədər olduğunu bildirir.

Qəzanın fəsadları təkcə Ukrayna ilə məhdudlaşmayıb. Rusiya və Belarus da daxil olmaqla, ümumilikdə 145 min kvadrat kilometrdən artıq ərazi radioaktiv çirklənməyə məruz qalıb. Hadisədən sonra təhlükəli zona hesab edilən 30 kilometrlik ərazidən 115 mindən çox insan təxliyə edilib. Ümumilikdə isə 586 min nəfər bu fəlakətin nəticələri ilə üz-üzə qalıb. Bu insanların 200 mini qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak edənlər, 116 mini birbaşa Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiya təsirinə məruz qalmış bölgələrinin sakinləri olub.

SSRİ-də yaşayan digər xalqlar kimi, azərbaycanlılar da qəzanın nəticələrinin aradan qaldırılması prosesində fəal rol oynayıblar. Ümumilikdə 7 min azərbaycanlı bu işlərə cəlb edilib və onların 2 mini sonradan müxtəlif xəstəliklər səbəbilə vəfat edib.

Çernobıl Atom-Elektrik Stansiyası 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı 26 aprel tarixini Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü kimi tanıyıb. Bu qərar 2003-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən təsdiqlənib və bütün üzv dövlətlərə həmin günü anmağı tövsiyə edib.

Şəms Qasımlı // EDnews

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı