Alyaska yaxınlığında Sakit Okeanda bir həftə əvvəl alovlanan "Morning Midas" yük daşıyıcı gəmisi suyun üzərində yanmağa davam edir.
“EDnews” xəbər verir ki, bu barədə "Carscoops" məlumat verib.
ABŞ Sahil Mühafizəsi xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək və zərəri minimuma endirmək üçün gəmi sahibi ilə sıx əməkdaşlıq etdiklərini bildirib.
İdarədən vurğulanıb ki, hazırda yanğının tam aradan qaldırılması, həmçinin gəminin təhlükəsiz akvatoriyaya yedəklənməsinin təşkili davam etdirilir.
Yük daşıyıcısında üç mindən çox avtomobil var ki, onlardan 681-i hibrid, 70-i isə elektromobildir.