Qusarda yanğına təhlükəsinə görə şadlıq sarayının fəaliyyəti dayandırılıb.
EDnews xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti Qusar şəhərində “Pəri” şadlıq sarayında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, bu noqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakına təhlükə törətmək təhlükəsi var.
Bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə bilər yanğın qısa müddətdə genişlənərək təhlükəni qaçılmaz edəcək.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud faktları aşkar edilmiş şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

















