Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
EDnews xəbər verir ki, qəza nəticəsində ölən şəxs VAZ-2106 markalı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Ə.Nağıyevdir.
Hadisə zamanı VAZ-2106-nın sərnişinləri - 1992-ci il təvəllüdlü N.Hüseynova, 2012-ci il təvəllüdlü H.Mustafayev, 2011-ci il təvəllüdlü B.Mustafayev, 2015-ci il təvəllüdlü H.Mustafayev, həmçinin "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü S.Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam etdirilir.







.png)