Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 53 yaşı tamam olur.
1964-cü ildə Bakı şəhərində anadan olan Birinci vitse-prezident 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi var.
Mehriban Əliyevanın maraqlı fotolarını təqdim edirik: