“Microsoft”un qurucusu Bill Qeyts "Google" şirkətinin məhsulu olan "Android" əməliyyat sistemi ilə işləyən smartfona keçib.
Technote.az-ın xəbərinə görə, Bill Qeyts “Microsoft”un tətbiqlərindən istifadə etdiyini deyib. Bura “Microsoft Word”, “Skype”, “Teams” və “Outlook” kimi tətbiqlər daxildir.
Qeyd edək ki, "Android" “Microsoft”a daha yaxındır, nəinki "iOS". "Android" platformasını bir çox şirkətlər dəstəkləyir. Onların sırasında “Dell”, “Acer”, “Asus” və “Samsung” kimi şirkətlər var. Tətbiq yaradıcıları üçün "Google Play" sistemi daha asandır, nəinki "App Store".