Dünya xalqlarının qəribə elçilik adətləri MARAQLI

Maraqlı 14:40 24.10.2017

Toy adətləri dünya mədəniyyətinin tərkib hissəsidir. Hər bir xalqın özqünəməxsus qız bəyənmə, elçilik, nişan, toyla bağlı adətləri var. Bu müxtəliflik həm coğrafi mövqedən, həm həyat tərzindən, həm də sitayiş edilən dindən asılı olaraq dəyişir.

Dünyadakı maraqlı elçilik qaydaları barədə kiçik materialı təqdim edirik.

Amerika hindularında oğlan bəyəndiyi qızı onun qardaşından istəməlidir. Hədiyyələrlə qız evinin qarşısına gələn gənc qapının önündə bəzən günlərlə qalır və bununla öz dözümünü nümayiş etdirir. Bu zaman qız evinin üzvləri gənci müxtəlif işlərin arxasınca göndərir, bəzən isə söyür və təhqir edirlər. Sınaqların sonunda qızın qardaşı onu evə dəvət edirsə, bu artıq razılıq əlamətidir.

İrokez hindularının adəti isə bir başqa cürdür. İrokezli gənclər valideynlərinin razılığını aldıqdan sonra qızın yanına öz elçilərini – keluvletanı göndərirlər. Balıqqulağından düzəldilmiş sırğalarla qız evinə gedən elçi qıza onunla evlənmək istəyən gənc haqda məlumatlar verir. Elçi cavab tələb etmədən oğlanın yanına qayıdır. Əgər qız "hə" cavabı vermək istəyirsə, onda kiçik qardaşını oğlanın yanına göndərir. Şad xəbərə görə qızın qardaşına maralın başı hədiyyə olunmalıdır.

 

Papuaslarda evlilik və elçilik məsələləri çox tez həll olunur. Belə ki, evlənmək istəyən gənc öz saçlarını tütün yarpaqlarının arasına qoyaraq özünə qalın siqar düzlədir. Siqarı yarısına qədər çəkən oğlan onu anasına verərək bəyəndiyi qızın adını çəkir. Ana isə siqarı həmin qızın evinə gətirərək, qıza verir. Əgər qız siqarı axıra kimi çəkərsə, bu, onun razılıq verməsi deməkdir.

Ermənilərdə qızı adətən oğlanın anası seçir. Qızın ailəsi haqda müfəssəl məlumat topladıqdan sonra o, bu barədə ailə başçısına xəbər verir. Sonra ailənin etibar etdiyi vasitəçi qadın qız evi ilə danışıqlar aparır və müsbət cavab gəldikdə elçiliyin vaxtı təyin olunur. Elçiliyə kişilər və bəyin anası, yaxud vasitəçi daxil olur. Elçiliklə bağlı müsbət cavab verildikdən sonra süfrəyə şirniyyat gətirilir.

 

İtaliyada qız və oğlan bir-birini sevib ailə həyatı qurmaq istəsələr, formal da olsa, elçilik adətlərinə riayət etməlidirlər. Belə ki, oğlan qızı onun atasından istəmək üçün sevgilisinin evinə gəlməlidir. Bu zaman o, mütləq özü ilə çaxır şüşəsi və gül dəstəsi də götürməlidir.

ABŞ-da elçilik və toy adətləri əsasən Avropa mənşəlidir. Keçmişdə oğlanlar evlənmək üçün qız evinə hədiyyə ilə gələrək, onun valideynlərindən razılıq istəyirdi. Müasir dövrümüzdə isə oğlan və qız sadəcə valideynlərini xəbərdar edib, xeyir-dua almaq üçün bu addımı atırlar.

Qaraçılarda isə qızın razılığı olmadan ərə verilir. Adətən, yetkinlik yaşına çatmadan ərə verilən qızlar üçün başlıqpulu tələb olunur. Bu pulu kim ödəyərsə, qız həmin şəxsə ərə verilir.

 

Azərbaycanda da zəngin elçilik adət-ənənələri var. İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Eyni zamanda, elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz. Elçiliyə birinci qadınlar gedər, sonra kişilər...

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. Bunun üçün dəfələrlə qız evinə gedib-gəlmək lazımdır.

Qızın rəyi soruşulanda adətən susar. Susmaqsa, razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməz. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməlidir.

Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınıbsa, elçilər müsbət söz eşitməyə təkid etməlidirlər. Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan onun və qızın fikrini soruşar. Qadın isə adətə görə ata fikirinin əsas olduğunu deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar. Ananın sözündən sonra ata hamının yanında "Allah xoşbəxt eləsin!" deməlidir. Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
Hamısı