Yeni ixtira yaddaşla bağlı problemi olan insanlara alsqeymer və demensiya xəstəliyi ilə mübarizədə kömək edəcək.
Cənubi Kaliforniya Universitetinin biomühəndislik professoru Dun Sun tərəfindən yaradılmış qurğu insan yaddaşını 30 faiz yaxşılaşdıra bilər. Qurğunun elektrodları insanın beyninə bərkidilir.
“Biz yaddaş funksiyasının yaxşılaşması üçün neyron kod yazırıq. Əvvəllər bunu heç vaxt etməyiblər”, - deyə professor qeyd edib.