Alimlər "Habl" və "Spitzer" teleskoplarının köməyi ilə Yerdən təxminən 325 işıq ili məsafədə yerləşənWASP-18b planetinin olduğunu müəyyənləşdirib.
Planetin səthində su olmasa da, canlı orqanizmlər üçün zərərli təsirləri olan karbon monoksidlə zəhərlənmiş atmosfer təbəqəsi mövcuddur.
"WASP-18b-nin tərkibi gözləntiləri doğrultmadı. Atmosferində karbon monoksidin bu qədər üstünlük təşkil etdiyi başqa bir planet barədə məlumatımız yoxdur", - tədqiqatın iştirakçısı Kayl Şeppard deyib.
Qeyd edək ki, bir qədər əvvəl avropalı alimlər ölçülərinə görə Yer kürəsinə bənzəyən və ondan 11 işıq ili məsafədə yerləşən Ross 128b ekzoplanetini aşkar edib.