Bu gün bir çox sosial şəbəkələrdə qeydiyyata düşmək həddən artıq asandır. Elementar autenfikasiya keçməklə adınızı internet şəbəkəsinin tarixinə qeyd etmiş olursunuz.
Bəli asandır, ama asan olduğu qədər sonralar problemlər də yarada bilər. Əgər özünüz barəsində bütün informasiyanın silinməsini arzu edirsinizsə, bu məsələdə sizə yardımçı ola bilərik. Sizi internet aləmindən rəqəmsal şəxsiyət olaraq silməyə Deseat.me servisi kömək edə bilər.
Bu servisin köməyi ilə siz Google ilə əlaqədar olan bütün akkauntlarınızı ləğv edə bilərsiniz. Bunun üçün aşağıdakı addımlar atılmalıdır. Google akkauntu vasitəsi ilə Deseat.me servisinə qoşulursunuz, servis sizin Gmail poçtanız vasitəsi ilə qoşulduğunuz bütün yerlərdə yoxlanış aparır.
Nəticədə qarşınızda bir düyməni basmaqla ləğv edə biləcəyiniz siyahı görünəcək.
Deseat.me servisi Skype, Evernote, Pinterest, Instagram, Twitter və digər servislərdən sizinlə bağlı bütün məlumatları silməyə imkan verəcək.