Elm adamları ilk dəfə qalaktikada yeni yaranan planetin əmələgəlmə prosesini görüntüləyib.
Çilidə yerləşən Avropa Rəsədxanasında böyük teleskopun köməyi ilə görüntülənən planetin cücə ulduz “PDS 70”in ətrafında fırlandığı və ulduzun koredici işığını əngəlləmək üçün xronoqraf maskası ilə qaraldılan mərkəzin sağında parlaq bir nöqtə kimi açıq şəkildə göründüyü bildirilib.
Almaniyada Maks Plank Astronomiya Universitetinin astronomlarının bu kəşfinin yeni uluduzun çevrəsindəki qaz və toz buludunda əmələgəlmə mərhələsində olan yeni və böyük bir dünyanın açıq görüntüsüni ehtiva edən ilk nümunə olduğu qeyd edilib.
“PDS 70” ulduzunun 5.4 milyon yaşında və Yer kürəsindən 370 işıq ili uzaqlıqda olduğu bildirilib.
Astronomlar “PDS 70b” adlandırdıqları yeni planetin Yupiterdən 2 və ya 3 qat böyük, ulduzdan 3 milyard km uzaqda yerləşib. Planetin səthinin istiliyi Günəş sistemindəki bir planetdən daha çoxdur.
Kəşflə bağlı detallar “Astronomiya və Astrofizika” dərgisində yayımlanacaq.(publika)