Əslən Çinin Sintzyan əyalətindən olan uyğur türkü Elnigar İltebir ABŞ Milli Təhlükəsizlik Şurasının Çin üzrə direktoru təyin olunub.
Eurasia Diary xəbər verir ki, Tramp administrasiyasının bu qərarı haqda “Foreign Policy” nəşri məlumat yayıb.
ABŞ-da çalışan tanınmış uyğur jurnalistlərdən birinin qızı olan E.İltebir Vaşinqton Universitetində beynəlxalq münasibətlər (bakalavr), Harvard Kennedi Məktəbində beynəlxalq təhlükəsizlik və siyasi iqtisad (MPP), Merilend Universitetində beynəlxalq təhlükəsizlik və iqtisadi siyasət üzrə (PhD) təhsil alıb. Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurası xarici siyasət və təhlükəsizlik məsələləri üzrə dövlət siyasətinin müəyyən olunmasında ciddi rol oynayan və prezidentə bu sahədə tövsiyələr verən orqandır. (moderator.az)