Ölkənin ən hündür göydələni tikiləcək - 5,5 milyard dollara | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Ölkənin ən hündür göydələni tikiləcək - 5,5 milyard dollara

Maraqlı A- A A+

Yaponiyanın “Mori Building” tikinti şirkəti Tokionun mərkəzində “Gündoğar ölkə”nin ən hündür göydələnini inşa edəcək.

Eurasia Diary "Qafqazinfo"a istinadən xəbər verir ki, paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin “Toranomon-Azabuday” adlanan ən hündür binasının hündürlüyü 330 metr olacaq.

2023-cü ildə inşaat işləri başa çatdırıldıqdan sonra 64 mərtəbəli bina Osaka şəhərində yerləşən və hündürlüyü 300 metr olan hazırkı lider Abeno Harukası ötəcək.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bina əsasən ofislər üçün nəzərdə tutulub. Yalnız son 11 mərtəbədə mənzillər yerləşəcək.

Layihənin ümumi dəyəri 5,5 milyard dollar təşkil edəcək.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...