Abituriyent eyni vaxtda 18 ali məktəbə qəbul olundu | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Abituriyent eyni vaxtda 18 ali məktəbə qəbul olundu

Maraqlı A- A A+

Özbək abituriyent Jaxangir Muxammadkarimov eyni vaxtda 18 ali məktəbə qəbul olunub və ölkə tarixində özünəməxsus rekorda imza atıb. O, daha bir universitetdən cavab gözləyir.

Eurasia Diary "Azərtac"a istinadən xəbər verir ki, Jaxangir Muxammadkarimovun ali məktəblərə qəbul olunduğu ölkələr sırasında Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Koreya Respublikası, Rusiya və digər ölkələrin adı var. O isə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənddəki filialını seçib.

Xatırladaq ki, 2018-ci ildə bir özbək abituriyent dünyanın 14 ali məktəbinə qəbul olunmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...