Tatunun insan xarakterinə təsiri üzə çıxdı | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Tatunun insan xarakterinə təsiri üzə çıxdı

Maraqlı A- A A+

Kanadanın MakMaster universitetinin bir qrup alimi tatu ilə impulsivlik arasında əlaqəni müəyyən edib.

Eurasia Diary “rambler”ə istinadən xəbər verir ki, tədqiqata əsasən, tatu sahibləri tələskən olurlar və hərəkətlərinin nəticələrini düşünməməyə meylli olurlar. Tatusuz insanlar isə təcrübə zamanı özlərini daha impulsiv göstəriblər.

Təcrübədə mindən çox insan iştirak edib. Onların 255-inin bədənində tatu olsa da, 781 nəfər döyməsiz olub. Alimlər təcrübədə iştirak edən könüllülərə iqtisadi oyun təklif ediblər. 18 saat ərzində bir dollar əldə etmək və ya 3 həftə ərzində daimi olaraq artan 1.05-2.5 dollar arası məbləği götürmək.

Mütəxəssislər ikinci varianta üstünlük verənləri müşahidə ediblər. Tatu həvəskarları ikinci varianta daha gec qoşulublar. İkinci mərhələdə isə könüllülərə cavabı düzgün olmayan suallar verilib.

Tatusu olan könüllülər tələskənlik göstərərək daha çox düzgün olmayan cavablar veriblər.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...