Menderesin edamdan əvvəl dediyi SON SÖZÜ

Maraqlı 12:32 17.09.2019

58 il əvvəlin bu günü – sentyabrın 17-si Türkiyə demokratiyası tarixinə qara ləkə hesab olunur. Türkiyədə 1960-cı ilin 27 mayında hərbçilərin həyata keçirdiyi dövlət çevrilişindən bir müddət sonra – 1961-ci ilin 17 sentyabrında baş nazir Adnan Menderes edam olundu.

Eurasia Diary xəbər verir ki, Adnan Menderes 1950-ci il seçkilərindən türk xalqının 52,7 faiz səsini alaraq hakimiyyətə gəlib və 10 il müddətində – ta çevriliş gününə qədər baş nazir vəzifəsində olub. Əgər hərbçilər dövlət çevrilişi etməsəydi, ola bilsin ki, Menderes uzun müddət türk siyasətinin vazkeçilməz siması olmaqda davam edəcəkdi…

1899-cu ildə Aydında doğulan Menderes İzmirdə kolleci bitirib. 1931-ci ildə Menderes Cümhuriyyət Xalq Partiyasının (CHP) Aydınlı millət vəkili seçilib. Eyni zamanda Ankara Universitetinin hüquq fakultəsini bitirib.

İsmət İnönü ilə “Torpaq haqqında qanun”un müddəaları üzərində mübahisə edib. Yaranan fikir ayrılıqları səbəbindən Menderes CHP daxilində müxalifətçi elan olunub və 1945-ci ildə partiyadan çıxarılıb.

Adnan Menderes onunla birlikdə CHP-dan çıxarılan Cəlal Bayar, Fuad Körpülü və Rafiq Koralatanla birlikdə 1945-ci ildə Demokrat Partiyasını (DP) qurub.

Menderesin partiyası 1950-ci il seçkilərində böyük qələbə əldə edib. Seçicilərin 52,7 faiz səsini almaqla parlamentə 420 deputat çıxara bilib.

Bu seçkidən sonra Menderes Türkiyədə 10 illik baş nazir postunda əyləşib. Türkiyənin daxili və xarici siyasətində böyük dəyişikliklərə imza atıb. Onun baş nazirliyi dövründə təkrar olaraq Atatürkün fotosu olan pullar çap edilib, türkcə oxunan azanın ərəbcə oxunmasına icazə verilib, Türkiyə iqtisadiyyatı ildə 9 faiz artıb. 1951-ci ildə Koreyaya əsgər göndərən Menderes 1952-ci ildə Türkiyəni NATO-ya daxil edib.

Türkiyədə azad bazar şərtlərinə söykənən iqtisadiyyatın qurulması Menderesin gördüyü işlərdən biridir. Menders hökuməti xaricilərin Türkiyədə neft axtarışı aparmasına icazə verib, ölkəyə xarici sərmayənin girişinə yaşıl işıq yandırıb, əldə etdiyi kreditləri əsasən kənd təsərrüfatı sahəsinə yönəldib. “Marşal planın”dan istifadə edərək ölkədə yeni sənaye müəssisələri qurub.

Məhz bu xidmətləri sayəsində türk xalqı Mendersə ikinci dəfə səs verib. 1954-cü il mayın 2-də keçirilən seçkilərdə səslərin 57,6 faizini əldə edən Menderes iqtidarı böyük qələbə qazanıb.

1960-cı ilin 27 mayında hərbçilər Menderes hökumətinə qarşı dövlət çevrilişi edib. Səhər saat 04:00-da polkovnik Alparslan Türkeş radio vasitəsilə Türk Silahlı Qüvvələrinin hakimiyyəti götürdüyünü elan edib.

Adnan Menderes 27 may günü Kütahyada polkovnik Mühsin Batur tərəfindən həbs edilərək Ankaraya gətirilib.

Qiyamçı hərbçilər Camal Gürsel rəhbərliyində qurulan Milli Birlik Komitəsi və qurucu parlament ilə hakimiyyəti idarə etməyə başlayıb.

Menderes və hökumət üzvləri isə Ali Məhkəmə Divanı tərəfindən ittiham olunub. Adnan Menderes 13 cinayət işi üzrə ittiham olunub, yalnız 12 ittiham üzrə “təqsirli” sayılıb. Məhkəmə 9 ay 27 gün davam edən prosesin sonunda Menderesin də olduğu 14 nəfər haqqında edam, 31 şəxs barəsində ömürlük həbs qərar çıxarıb. 418 nəfər haqqında isə 6 aydan 20 ilə qədər həbs cəzası və bəraət qərarları çıxarılıb. Bu şəxslərin hamısı Menderes hökuməti dövründə vəzifə tutan şəxslər olub.

Qəribədir ki, sonradan hərbçilərin qurduğu Milli Birlik Komitəsi Cəlal Bayar, Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlu istisna olmaqla digər edam olunacaq şəxslər haqqında əfv qərarı verib. Sonradan Cəlal Bayarın yaşlı olması səbəbindən barəsində edam cəzası ömürlük həbslə əvəz olunub.

Fateh Rüştü Zorlu və Həsən Polatkan 1961-ci ilin 16 sentyabr günü səhər saatlarında edam olunub.

1961-ci ilin 17 sentyabrında xəstə Menderesi müayinədən keçirən hakim onun barəsində sağlamlıq raportu hazırlayıb və türk tarixinin ən işıqlı siyasətçisi asılmaq üçün İmralı adasına aparılıb.

Komandan otağında edam qərarı Adnan Menderesin üzünə oxunub. Bu zaman Menderesin reaksiyası “Allah millətimizə zaval verməsin” şəklində olub. Edam səhnəsinə getməzdən əvvəl Menderes ruhani şəxslə bir neçə dəqiqə söhbət edib. Bunun ardınca ona ağ köynək geyindiriblər.

Menderes edam səhnəsinə çıxdıqda “Həyatla vidalaşmaq üzrə olduğum bu anda dövlətim və millətimə əbədi səadət arzulayıram. Bu anda xanımım və övladlarımı şəfqətlə xatırlayıram” fikirlərini işlədib.

Böyük siyasətçi sentyabrın 17-də, saat 13:21-də İmralı adasında edam olunub.

Onun edamı Türk siyasi tarixində qara ləkə hesab olunur.

Türkiyə Böyük Millət Məclisi 1990-cı ildə qəbul etdiyi qanunla Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlunun günahsız olduğunu təsdiq edib.

Həmin dövrün şahidlərindən olan Adnan Menderesin gəlini Umran Menderes o dövrü xatırlayaraq bildirib ki, bu barədə danışmaq indi də dəhşətlidir:

“Mən o dövrdə gənc qız idim və Mendereslər ailəsinin üzvü deyildim. Ancaq 1961-ci ilin 17 sentyabr tarixi günü Türkiyədə ağır və üzücü gün idi. 1960-cı ildən bu yana qanunu seçkilər vasitəsilə hakimiyyətə gələn siyasətçiləri edam edənlər lənətlənir. Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlunun edamı ailələrini yasa boğdu. Rəhmətlik həyat yoldaşım Aydın Menderes atası Adnan Mendereslə halallaşa bilmədi. Atası ilə son nəfəsində halallaşa bilməməsini ömrünün sonuna qədər özünə dərd elədi. Bu edamlar Türkiyə üçün böyük bir ayıbdır. Seçkilərlə hakimiyyətə gələnlər hakimiyyətdən seçkilərlə getməlidir. Demokratiya bunu deyir. Menderes başda olmaqla demokratiya şəhidlərinin Türkiyəyə göstərdiyi xidmətlər bu günə qədər unudulmayıb, bundan sonra da unudulmayacaq”. (teleqraf.com)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı