Metroda yaşayan qadına inanılmaz təklif - VİDEO | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Metroda yaşayan qadına inanılmaz təklif - VİDEO

Maraqlı A- A A+

Los Ancelesde metroda yaşayan qadının mahnı oxuyarkən çəkilən videosu internetdə səs-küyə səbəb olub.

Eurasia Diary "axşam.az"a istinadən bildirir ki, Emili Zamourka adlı qadına albom təklifi gəlib və onunla bağlı internetdə yardım klampaniyası başladılıb. "Qremmi"yə namizəd olan prodüser Joel Daymond soprano səsli qadına klassik və elektronik tərzində musiqilərdən ibarət albom hazırlayacağını deyib. 52 yaşlı qadının ilk albomunun adı "Paradise" (Cənnət) olacaq.

Emili isə öz növbəsində hər kəsə təşəkkür edib və heç kimə yük olmaq istəmədiyini dilə gətirib. Yardım kampaniyalarında isə ona 100 min dollara yaxın pul toplanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...