Misirdə fironun 2 200 il yaşı olan sərdabəsi tapıldı

Maraqlı 19:03 07.10.2019

Misir arxeoloqları firon IV Ptolemeyin 2 200 il yaşı olan və uzun müddətdir axtarılan sərdabasını tapıblar.

Eurasia Diary xəbər verir ki, qədim sərdaba tikinti işçilərinin şimaldakı Sohag rayonunun Tama qəsəbəsində yerləşən Kom Şakav kəndində apardıqları qazıntı zamanı təsadüfən aşkar edilib.

Misirin Qədim Abidələr Nazirliyinin məlumatına görə, arxeoloqların həmin sərdabanın firon IV Ptolemeyə aid olması barədə rəyindən sonra ərazidə tikinti işləri dayandırılıb. Belə ki, alimlər burada Ptolemey sülaləsinin dördüncü fironunun təsviri və qədim Misir əlifbası ilə yazılmış mətn olan lövhələri aşkar ediblər. Lakin onlar hələ sərdabanın şimal-cənub divarlarını üzə çıxara bilməyiblər. Məbədin şərq-qərb divarlarının üzərində isə hər il Nil çayının daşması üçün dua edilən Hapi tanrısının quşların və çiçəklərin əhatəsində təsviri aşkar edilib.

IV Ptolemeyin eramızdan əvvəl 221-204-cü ildə Misir fironu olduğu ehtimal edilir. Onun hökmranlığı o qədər də uğurlu olmayıb və fironun dövləti idarə etməkdən daha çox, incəsənətə meyilli olduğu bildirilir. Tapılan qədim mətndə qeyd olunur ki, IV Ptolemeyin dövründə ən böyük gəmi inşa edilib. "Tessarakonteres" (qırx) adlanan bu gəminin 40 avar bölməsi və 4 min avarçəkəni olub.

Qeyd olunub ki, bu sərdabanın aşkar edilməsi Misirdə arxeoloji tapıntılar seriyasının davamıdır. 2004-cü ildə Almaniya və Misir arxeoloqlarından ibarət qrup Nil çayının deltasında qranit lövhə tapıblar. Bu lövhə təsdiq edib ki, Yuli təqviminə keçilməsinə təşəbbüs Yuli Sezardan hələ 200 il öncə göstərilib. Müasir Əz-Zəkəzik şəhəri yaxınlığındakı tarixi Tell-Bəstə (qədim Bubastis) rayonunda tapılmış bu daş sütun hökmdar III Ptolemey Evergetin (e.ə. III əsr) hökmranlığı dövrünə aiddir. Daş lövhədə qədim yunan dilində hökmdarın gördüyü işləri vəsf edən mədhnamə həkk olunub. Bundan başqa, bu yaxınlarda Giza Kom Ombo sfinksinin yaxınlığındakı Dahşur nekropolunda Ptolemey sülaləsinin hökmranlığı (e.ə. 323-30-cu illər) dövrünə aid səkkiz mumiya da tapılıb. Asvan yaxınlığında yerləşən qədim məbəddə isə Sobek timsah tanrısının heykəli tezliklə turistlərin gəldiyi Şarm-əl-Şeyx qəsəbəsindəki muzeyə qoyulacaq. Açılışı çoxdan gözlənilən Böyük Misir Muzeyinin eksponatları da tamamlanmaq üzrədir və onun 2020-ci ilin ortalarında paytaxt Qahirədə qapılarını ziyarətçilərə açması nəzərdə tutulub. (publika.az)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı