İtirilmiş qədim şəhər tapılıb | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


İtirilmiş qədim şəhər tapılıb

Maraqlı A- A A+

İsrail arxeoloqları yaşı beş min ili ötmüş qədim şəhərin qalıqlarını tapıblar.

Eurasia Diary xəbər verir ki, bu barədə Phys.org-da məlumat verilib.

Şəhər Təl-Əvivdən 50 km şimalda yerləşən Hariş yaşayış məskəninin yaxınlığında, avtomagistralın tikintisinə hazırlıq zamanı aşkarlanıb.

 65 hektar ərazini əhatə edən şəhərdə 6 min insan yaşayıbmış. Şəhərin küçələri, dalan və meydanları, o cümlədən drenaj sistemi və anbarları qazıntılar nəticəsində üzə çıxıb.

Araşdırmaçılar şəhərdə məbəd və güman ki, həmin məbəddə qurban olaraq kəsilmiş heyvanların sümüklərini aşkarlayıblar. Artefaktlar içində heykəl başlıqları, keramika qalıqları, daş qablar və alətlər də var.

Arxeoloqların fikrincə, tapıntılar sosial ierarxiyanın unikal sübutudur. Əvvəllər hesab olunurdu ki, o dövrlərdə kənd təsərrüfatı ilə məşğul olanlar yenicə şəhər yaşayışına başlayıblar.

O da qeyd olunub ki, qalıqlar altında yaşı yeddi minə çatan daha qədim yaşayış məntəqəsinin izləri tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...