Tullantıların çeşidlənməsi zamanı XIX əsrə aid nadir kitab tapılıb | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Tullantıların çeşidlənməsi zamanı XIX əsrə aid nadir kitab tapılıb

Maraqlı A- A A+

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı XIX əsrdə dərc edilmiş nadir kitab tapılıb.

Eurasia Diary-nin İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, şair, filosof və alim Abdurrəhman Caminin XII əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarının iştirakçılarına nümayiş edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...