Bədəndəki artıq duzları qovur - Günəbaxan kökləri 10 dərdə dərmandır | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Bədəndəki artıq duzları qovur - Günəbaxan kökləri 10 dərdə dərmandır

Maraqlı A- A A+
Demək olar ki, əlçatan olmasına baxmayaraq istifadədən kənarda qalan günəbaxan kökləri çox faydalıdır.
 
Belə ki, mədə turşuluğunu azaltmaq üçün mükəmməl bir təsiri olmaqla yanaşı, həm də orqanizmdə olan duzları təmizləmək kimi mükəmməl bir xassəyə malikdir.
 
Eurasia Diary medicina.az-a istinadən bildirir ki, mədə turşuluğu üçün 1 stəkan günəbaxan kökünün dəmləməsi bəs edir ki, ağrıları aradan qaldırsın.
 
Payızda günəbaxan yığılan zaman kökləri də yığılır. Yuyulur və daha sonra qurudulur. İl ərzində bu köklərdən yararlana bilərsiniz.
 
Bunun üçün 2 orta xörək qaşığı günəbaxan kökü 3 stəkan suda 5 dəq qaynadılır, süzülür və suyu gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
 
Bu dəmləmə mütəmadi qəbul edilərsə saydığımız problemlərin yavaş-yavaş aradan qalxacağını müşahidə edərik.
 
Heç bir əks təsiri yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...