11 yaşlı qız timsaha hücum edib rəfiqəsini xilas etdi | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


11 yaşlı qız timsaha hücum edib rəfiqəsini xilas etdi

Maraqlı A- A A+

 

 

Zimbabvenin Xvanqe şəhərində 6-cı sinif şagirdi rəfiqəsini timsahın dişlərindən qurtarıb.
 
Eurasia Diary xəbər verir ki, yırtıcı 9 yaşlı Latoya Muvaniyə dostları ilə çayda çimdiyii zaman ona hücum edib.
 
Timsah qızı əlindən və ayağından tutub suyun altına dartıb. 11 yaşlı Rebekka Munkombve rəfiqəsinin çığırtısını eşidib onun köməyinə tələsib.
 
“Uşaqların arasında ən böyüyü mən idim, buna görə hiss etdim ki, ona yalnız mən kömək edə bilərəm. Dərhal suya tullandım və onalara tərəf üzdüm”, -  deyə Rebekka hadisənin təfərrüatlarını danışır.
 
Timsahın belinə dırmaşan cəsur qızcığaz onu yumruqlayıb və barmaqlarını gözünə soxub. Belə hücuma dözməyən heyvan Latoyanı dişlərindən buraxıb və dərhal aradan çıxıb.
 
Rebekka qan içində olan rəfiqəsini sahilə daşıyıb, orada isə dostları qızı sudan çıxarmağa kömək edib. Zərər cəkmiş Latoyanı xəstəxanaya yerləşdiriblər. (Lenta.ru)



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...