Dünyanın ən varlı adamlarının siyahısı dəyişdi - Yeni varlı kimdir? | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Dünyanın ən varlı adamlarının siyahısı dəyişdi - Yeni varlı kimdir?

Maraqlı A- A A+

Dünyanın ən varlı şəxslərinin siyahısında dəyişiklik olub.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, reytinqi tərtib edən "Forbes"də ikinci yerdə qərarlaşan "Microsoft"un təsisçisi Bill Qeyts var-dövləti ilə bir pillə geriləyərək 3-cü yerdə qərarlaşıb. İkinci yerə isə moda ticarəti üzrə LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri 70 yaşlı Bernar Arno qərarlaşıb. Onun və ailəsinin var-dövləti 107 milyard dollar hesablanıb.

"Forbes"in reytinqinə əsasən 1-ci yerin sahibi dəyişməyib. Belə ki, bu yeri "Amazon" şirkətinin rəhbəri Ceff Bezos tutur. Onun var-dövləti isə 112,4 milyard dollar təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...