Boris Conson döşəmə sildi | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Boris Conson döşəmə sildi

Maraqlı A- A A+
İngiltərənin mərkəz və cənub bölgələri güclü leysan yağışları və sel fəlakəti ilə üz-üzə qalıb. 
 
Eurasia Diary xəbər verir ki, xarici mətbuatın məlumatına görə, ölkədə bir çox ev, iş yeri və təsərrüfat sahələri su altında qalıb. 
 
Selin ən çox ziyan vurduğu Derbişayr əyalətində bir qadının öldüyü bildirilib. 
 
Basqından sonra sözügedən əyalətə gedən Baş nazir Boris Conson yerli polisdən cari vəziyyət haqqında məlumat alıb. 
 
Daha sonra ərazini gəzən Baş nazir bir gözlük dükanında işçilərin təmizlik işlərinə kömək edib və döşəmə silib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...