Ermənilərin növbəti məyusluğu Bu dəfə ABŞ-da

Maraqlı 11:18 15.11.2019

Ötən gün Vaşinqtonda Alman Marşal Fondunda Ermənistanla bağlı keçirilən tədbir uğursuzluqla nəticələnib.

Eurasia Diary report-a istinadən xəbər verir ki, “Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı konfransda ABŞ-da səfərdə olan Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (baaş nazir Nikol Paşinyanın “Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyan çıxış ediblər.

Ermənistanın yeni hökumətinin təbliğinə yönələn bu tədbirə bir neçə həftə hazırlığa baxmayaraq, cəmi 13-14 nəfər iştirakçı qatılıb. Bu, bir daha Ermənistanın “islahat” iddialarına ABŞ tərəfindən skeptik yanaşmanı nümayiş etdirib. Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri erməni deputatlarının bu səfərini kölgədə qoyub. 

Çıxış edən erməni deputatlar iddia edilən “demokratik islahatların” mahiyyəti məsələsinə aydınlıq gətirməyiblər, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması üzrə N.Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməyiblər. Erməni parlamentariləri “məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlayıblar. Onlar, ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkiblər.

“Ermənistanın sülh səylərinə sadiq olduğu” və “Ermənistan və Azərbaycan ilə yanaşı “Dağlıq Qarabağ əhalisinə” sərf edən həll yolunun tapılmasına çağırışa” dair N.Paşinyan hakimiyyətinin mövqeyini təkrarlanması qarşılığında Azərbaycan diplomatı tərəfindən verilən sual erməni parlamentarilər arasında çaşqınlıq yaradıb. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən yuxarı əhalinin qovulduğu, eləcə də məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bölgənin gələcək statusunun müəyyənləşdirilməsi barədə münaqişənin həlli mexanizmi kontekstində “Dağlıq Qarabağ əhalisi” anlamının hansı mənanı ifadə etdiyi, habelə bir qonşu ölkənin ərazisini işğalının, digərinə (Türkiyə) qarşı isə ərazi iddialarının Ermənistanın “demokratik və islahatçı” siyasətinə nə qədər uyğun gəldiyi suallarına cavab verə bilməyiblər. 

Tədbirdə bununla yanaşı, Ermənistanın ABŞ-ın maliyyə dəstəyi ilə tikdiyi bioloji laboratoriyalara Rusiyaya girişə icazə verməsinin ABŞ tərəfinə necə izah olunduğu və Ermənistanda Rusiya bazasının saxlanmasının hansı məqsədlərə xidmət etdiyi ilə bağlı Azərbaycan əsilli jurnalist Rafiq Qurbanzadə tərəfindən verilən suallar erməni deputatların narahatlığına səbəb olub. Erməni parlamentarilər bundan əlavə Ermənistanda məhkəmə islahatlarının müddəti, Suriyaya missiya göndərməsinin səbəbləri, ABŞ ilə əməkdaşlığın məzmununun nədən ibarət olduğu kimi digər iştirakçılar tərəfindən verilmiş suallara olduqca səthi cavablar verməklə kifayətləniblər.

Beləliklə, erməni deputtların çıxışı Ermənistanda iddia edilən “islahatlar” ilə bağlı məlumat kasadlığı ilə yanaşı, ünvanlanan suallara əsassız və səthi cavab verməkləri ilə yadda qalıb. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı