İlham Əliyevdən Dəmir Yolu Muzeyinə hədiyyə - FOTOLAR | Eurasia Diary - ednews.net

15 Dekabr,


İlham Əliyevdən Dəmir Yolu Muzeyinə hədiyyə - FOTOLAR

Maraqlı A- A A+

Prezident İlham Əliyev Dəmir Yolu Muzeyinə simvolik maket hədiyyə edib.

Eurasia Diary-nin məlumatına görə, dəmir yollarına aid simvolik maket Muzeyin ekspozisiyasında nümayiş olunur.

Ölkə başçısının hədiyyəsi xüsusi eksponatlar arasında yer alır.

Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.

Məlumat verilib ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub.

Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir. (Azvision.az)

 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...