Zooparkda qorxulu anlar - Şir ona yemək verən adamı parçalamaq istədi - VİDEO | Eurasia Diary - ednews.net

27 Yanvar, Bazar ertəsi


Zooparkda qorxulu anlar - Şir ona yemək verən adamı parçalamaq istədi - VİDEO

Maraqlı A- A A+
Pakistanda şir zoopark işçisinə hücum edib.
 
Eurasia Diary ölkə.az-a istinadən bildirir ki, Pakistanın Cindy əyalətindəki zooparkında şir ona yemək verən adamın əlini dişləyib.
 
Kişi heyvanı yemləyərkən çiy ət parçasını qəfəsdən yırtıcıya atmağa çalışıb. Bu anda aslan onun əlindən tutaraq dişləyib. Bütün bunlar zooparka gələnlərin gözü qarşısında baş verib.
 
Xoşbəxtlikdən zooparkın işçisi şirin dişlərindən qurtula bilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiklərinə görə, hazırda vəziyyəti qənaətbəxşdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...