Tanınmış şair və ziyalı, Givi ləqəbi ilə tanınan Giya Paçxataşvili ürəyindən əməliyyat olunub.
Eurasia Diary Kult.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat paylaşıb. O, şairin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunduğunu bildirib.
Qeyd edək ki, Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda anadan olub. O, 1999-cu ildən Rusiya Yazıçılar Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən isə Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən “Ağ adam” sənədli filmi çəkilib.
G.Paçxataşvili 21-i tərcümə olmaqla, 26 kitabın, şeir və publisistik məqalələrin müəllifidir.