Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ

Maraqlı 11:42 27.02.2020

Allahverdi, İmamverdi. Yəqin xatırladınız, Cəfər Cabbarlının “1905-ci ildə” pyesində səngərdə qarşı-qarşıya gələn qonşular, azərbaycanlı və erməni…

Ermənilər həmişə övladlarına Azərbaycanlı adı qoyublar. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz.

Sadəcə, dünya çapında oturuşmuş bir məsələ var ki, hər zaman gəlmələr aborigenlərə yaxın olmaq üçün  özlərini onların mədəniyyətinə, məişətinə yaxın göstərməyə çalışıb, övladlarına onlara məxsus adları qoyublar. Bəli, bu, dünyanın hər yerində gəlmələrə məxsus xüsusiyyətdir.

İndi ermənilər nə qədər danmağa çalışsalar da, gəlmə xüsusiyyətləri onlarda özünü hər zaman biruzə verib.

Çox da uzağa getməyək.

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılan qondarma rejimdə kadr dəyişikliyi olub.

Rejimin yeni “müdafiə naziri” postuna Cəlal Arutunyan təyinat alıb. Yeni komandirin ermənilər arasında rast gəlinməyən, Cəlal adını daşıması istər erməni, istərsə də işğal altındakı regionda baş verənləri monitorinq edən azərbaycanlı jurnalistlərin marağını çəkib.

Eurasia Diary  məsələ ilə bağlı sosial şəbəkələrin erməni seqmentində kiçik araşdırma aparıb. Bu araşdırma Qarabağda yaşayan ermənilər arasında övladlarına müsəlman adları vermək ənənəsinin uzun illər mövcud olduğunu göstərir.

Armen Manas adlı erməni istifadəçisi sosial şəbəkədə öz fikirlərini bölüşərək “Maraqlı addı...Cəlal...ilk dəfədir ki, erməni də bu adı eşidirəm”-deyə sual edib.

Digər istifadəçi Gevond Saqatelyan isə onun təəccüb dolu sualına geniş şərh verib.

“Erməni knyazı Həsən Cəlalın adı bəs səni narahat etmir? Qarabağda neçə-neçə Cəlal tanıyıram ki, onlardan 2-si Vəngli kəndində yaşayırlar. Bundan başqa, Qarabağda Baba, Fəridə, Gülzar, Rövşən, Əlixan və s. adlar daşıyan insanlar yaşayır. Yer gəlmişkən, mənim əmimoğlu Əlixan müharibə iştirakçısıdır”.

Müzakirələrə qoşulan Nune Ariyanın fikirləri isə Qarabağ erməni arasında müsəlman adlarının yayqın olması səbəbini daha məntiqli izah edirdi.

“Ailədə uşaq ölümləri tez-tez baş verəndə, xristian ölüm mələyini aldatmaq üçün yeni doğulan körpəyə müsəlman adı qoyurdular. Mənim xalamın adı Leyla idi. O, 5 qardaş-bacısının ölümündən sonra doğulmuşdu”.

Virtual debatın sonunda isə Boris Mirzoyan adlı istifadəçi öz soydaşlarını vətənpərvər olmamaqda, ermənilərin müsəlman adları ilə yanaşı, Con, Hamlet, Henrix, Artur və Robert kimi Qərb adlarını da geniş istifadə etməsini tənqid atəşinə tutub.

“Qoy üstümə hamı daş atsın, amma bizdə qeyri-erməni adlarının sayı həddən artıq çoxdur. İndiki  və keçmiş hakimiyyətin axmaqlığı ucbatından biz tezliklə, nəinki tarixdəki yerimizi, həm də adlarımızı da itirəcəyik”.(modern.az)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı