Airbnb “COVID-19”-ə görə edilən ləğvlərə görə ev sahiblərinə 250 milyon $ ödəyəcək | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Airbnb “COVID-19”-ə görə edilən ləğvlərə görə ev sahiblərinə 250 milyon $ ödəyəcək

Maraqlı A- A A+

Airbnb şirkəti, həm ev sahibləri, həm də ev kirayə edənlərinin COVID-19 səbəbiylə yaranmış bütün ziyanı özü qarşılayacağını bildirib.

Ümumilikdə bunun üçün $250 milyon nəzərdə tutulub.

Belə ki, 14 mart-31 may tarixləri arasında ev rezervasiya edərək pul ödəyən və ləğv edən turistlərin pulu tam şəkildə geri qaytarılacaq, ev sahiblərinə isə həmişə olduğu kimi 25% kompensasiya Airbnb tərəfindən ödəniləcək.

"Qərara aldıq ki, qonaqlarımızın bütün ödənişlərimiz daxil olmaqla vəsaitləri geri qaytarılsın. Unutmayın ki, bu qərar bir iş qərarı deyil, xalq sağlamlığının qorunmasına əsaslanır."- şirkətin CEO'su Brian Chesky bildirib.

Bundan əlavə, Airbnb super hostları və təcrübəli ev sahibləri üçün 10 milyon dollarlıq bir fond qurur. İşçilər $1 milyon töhfə etdilər, qalan 9 milyon dolları isə Airbnb həmtəsisçiləri Joe Gebbia, Brian Cesky və Nate Blecharchik təmin etdi.(milli.az)

EdNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...