Heydər Əliyev Mərkəzi - MDB-də müasir incəsənət mərkəzlərinin ilk üçlüyündə yer alıb | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Heydər Əliyev Mərkəzi - MDB-də müasir incəsənət mərkəzlərinin ilk üçlüyündə yer alıb

Maraqlı A- A A+

Heydər Əliyev Mərkəzi MDB ölkələrinin ən yaxşı muzey və müasir incəsənət mərkəzləri üçlüyünə daxil olub.

Turizm portalı TurStat MDB ölkələrinin, ziyarət, onlayn turlar və virtual ekskursiyalar üçün populyar olar, ən yaxşı muzey və müasir incəsənət mərkəzlərinin reytinqini təqdim edib.

MDB-nin ən yaxşı müasir incəsənət mərkəzlərinin ilk beşliyinə Belarus Respublikasının Minskdə Milli Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi, Nur-Sultanda Sülh və Barış Sarayı (Piramida), Yerevanda Müasir İncəsənət Muzeyi və Daşkənddə Müasir İncəsənət Mərkəzi daxildir.

Reytinq muzeylərin populyarlığının tədqiqi və muzeylərin ekspozisiyaları üzrə virtual tur və ekskursiyaların təkliflərinin nəticələrinə əsasən tərtib edilib.

Rusiyada "Qaraj" Muzeyi və Moskva Müasir İncəsənət Muzeyi liderlik edir.(fineko/abc.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...