Türkiyədəki azərbaycanlı tələbələrdən maraqlı - VİDEOÇARX | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Türkiyədəki azərbaycanlı tələbələrdən maraqlı - VİDEOÇARX

Maraqlı A- A A+

Azərbaycanla Türkiyə arasında quru və hava əlaqələri koronavirus pandemiyası səbəbi ilə kəsildiyindən ölkəyə dönə bilməyən tələbələrimiz maraqlı videoçarx hazırlayıblar.

EDNews.net Report-a istinadən xəbər verir ki, İstanbul Univeristeti və Yıldız Texnik Universitetində təhsil alan 12 tələbə hazırladıqları videoçarxda evdə və yataqxanalarda qalmaqla vaxtlarını necə maraqlı keçirdiklərini göstərməyə çalışıblar.

"Evdə qal!" şüarı altında ekranlaşdırılan film Türkiyədə təhsil alan azərbaycanlı tələbələri birləşdirən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Cəmiyyətinin qurucusu Toğrul Xıdırlının təklifi ilə həyata keçirilib. 

Sonda tələbələr koronavirusa yoluxmamaq üçün hər kəsi evdə qalmağa çağırıblar.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova "Report"un yerli bürosuna açıqlamasında videoçarxı çox bəyəndiyini və tələbələrin vaxtlarını səmərəli şəkildə dəyərləndirdiyini deyib: “Tələbələr videoçarxı mənə də göndərdilər, izlədim və çox bəyəndim. Düşünürəm ki, belə yaradıcı işlər onların asudə vaxtlarını dəyərləndirməyə və təbii ki, faydalı mesajlarla digər gəncləri məlumatlandırmağa və həmrəy olmağa sövq edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...