"Putin heç vaxt görüşlərə hazırlıqsız gəlmir" - Peskov | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


"Putin heç vaxt görüşlərə hazırlıqsız gəlmir" - Peskov

Maraqlı A- A A+

Rusiya Prezidenti Vladimir Putin çox yaxşı bir yaddaşa sahibdir, buna görə də böyük tədbirlərdə suflyordan istifadə etmir.

EDNews.net xəbər verir ki, bunu AiF-ə müsahibəsində mətbuat katibi Dmitri Peskov söyləyib.

Jurnalistlər prezident köməkçisindən Putinin fenomenal bir yaddaşa sahib olub-olmadığını soruşublar.

Peskov qeyd edib ki, siyasətçiyə yalnız yaxşı yaddaşla yanaşı, həm də hər bir çıxışı öncəsi hərtərəfli hazırlaşmaq da kömək olur.

“O, ekspert biliklərini bütün məsələlər üzərində araşdırır, hər dəfə başında olan məlumatlar silsiləsini yeniləyir” deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, Putin heç vaxt danışıqlara və görüşlərə hazırlıqsız gəlmir.(konkret.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...