“Microsoft” şirkəti “Windows” üçün mükəmməl kompüterin parametrlərini açıqlayıb | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


“Microsoft” şirkəti “Windows” üçün mükəmməl kompüterin parametrlərini açıqlayıb

Maraqlı A- A A+

“Microsoft” şirkəti “Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün sistem tələblərinin siyahısını yeniləyib. Müvafiq sənədlər şirkətin saytında dərc edilib.

“Microsoft”un versiyasına görə, “Windows 7” və “Windows 8” sistemlərinin idarəetməsi altında işləyən mükəmməl fərdi kompüter altıncı nəsil “Intel” və ya “AMD” prosessorları ilə təchiz edilməlidir. Həmçinin “Intel Atom”, “Celeron” və “Pentium” prosessorları ilə olan konfiqurasiyadan istifadə də mümkündür. “Windows 10 1709″dan başlayaraq sistem səkkizinci nəsil “Intel” və ya yeddinci nəsil “AMD” çiplərini dəstəkləyir, həmçinin “Qualcomm Snapdragon 835” prosessorundan istifadə mümkündür. “Windows 10 2004” yeniləməsi “Intel Core i3”, “i5”, “i7”, “i9”, “i10” və yeddinci nəsil “AMD” çipləri daxil olmaqla 10-cu nəsil “Intel” prosessorları ilə düzgün işləyə bilər.(azerbaycan24)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...