Azərbaycanlı həkim mütəxəssisin vikipediyada səhifəsi hazırlanıb

Maraqlı 15:53 13.08.2020
Sabrin Azim — tibb üzrə fəlsəfə doktoru, ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis, Ras al Khaimah Medical Health and Sciences University ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti, Fransada Tibbi Təhsil haqda Alim assosiyasının üzvü
 
Həyatı
 
Sabrin Azim 3 noyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. Ziyalı ailəsində böyüyüb. Atası dəri zöhrəvi üzrə professor Dr. Ali Mühəmməd oğlu Azim, anası telekomunikasiya üzrə mütəxəssis Cəmilə Cəlil qızı Azim və bacısı Ahdab Ali qızı Azim ginekologiya üzrə mütəxəssisdir. Azərbaycanda həm rus sektorunda, həm ərəb məktəbində orta təhsil alıb.
 
2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib. Elə həmin ildə təhsilin ordinatura pilləsinə qəbul olunub və 2012-ci ildə ordinatura təhsilini bitirərək ağız və üz çənə cərrahı ixtisasına yiyələnib. 2016-cı ildə isə elə Azərbaycan Tibb Universitetində ağız və üz çənə cərrahiyyəsi ixtisası üzrə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktorudur. Dr Sabrin Ali Azim öz karyera uğurlarını KİV-ə müsahibəsində belə dəyərləndirib:Çətin yoldan keçən bir tələbə və qadın olaraq, daimi KTM-də növbələr, yuxusuz gecələr olub. Amma düşünürəm ki, həmişə ətrafımda valideyn duaları, dostlar və müəllimlər olub.
 
Fəaliyyəti
 
O, Avstriyanın AKH xəstəxanası və Türkiyənin İstanbul Çapa Universitetində tibb üzrə təcrübə keçib. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin Ras al Khaimah Medical Health and Sciences University ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistentidir. Assistant professordur. RAKMHSU tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi şöbəsində tələbə klinik təlim üçün koordinator olub. İmplantologiya kursunun təşkilatçısı olub. Ukrayna, Rusiya və Azərbaycan icmasında RAKCODS tələbə klinikasının təbliğındə rolu var. Azərbaycan Tibb Universitetində tələbələrin şifahi təqdimat sessiyasının rəhbəridir. İmtahan sual sənədlərinin təşkilində (3, 4, 5-ci kurs tələbələri) iştirak edir.Azərbaycan Tibb Universitetinin tədris klinikasında 1 nömrəli Mərkəzi Klinikada vəzifə yerinə yetirən ambulator və stasionar şöbədə çalışmışdır.
Xəstələrdə ağız və üz-çənə cərrahiyyəsi xəstəlikləri üzrə 3, 4 və 5-ci kurs tələbələrinin klinik hazırlığına cavabdehdir. RAKCODS tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin Ağız və üz çənə cərrahiyyəsi şöbəsində tələbə müdiri və kliniki təlim koordinatorudur. RAKMHSU tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə şöbəsində tələbə müdiri və kliniki təlim koordinatorudur. AMU ilə RAKMHSU / RAKCODS arasındakı qarşılıqlı anlaşmanı BƏƏ-nin "Al Bayan" qəzetində yayımlayıb. RAKMHSU tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində tələbə müdiri və klinik təlimçidir.
Ras al Khaimah Medical Health and Sciences University və Azərbaycan Tibb Universiteti arasında müqavilə (MOU) bağlanmasına nail olmuşdur ki, bunun nəticəsində artıq 35 dən çox tələbə 3 dəfə Azərbaycan Tibb Universitetinin rəhbərliyi altında təcrübə proqramı keçib və məhz Azərbaycanda oz mütəxəssislərimizlə BƏƏ tələbələri üçün iki dəfə implantologiya üzrə nəzəri və praktik (master class) kurslar təşkil edib. Eyni zamanda qeyd etmək lazımdır ki, praktikaya gəlmiş əcnəbi tələbələr ölkəmizdə turist olaraq qalıb, milli və mədəni dəyərlərimiz, həmçinin tariximizlə dərindən tanış olublar. Yuxarıda qeyd edilmiş həmin əcnəbi tələbələr öz ölkələrinə Azərbaycanla bağlı xoş təəssuratlarla geri qayıdıblar. Eyni zamanda Səhiyyə Nazirliyi ilə mütəmadi görüşlər keçirilir, növbəti addım olaraq Pakistan Universiteti Riphaa və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq müqaviləsinin bağlanmasına nail olub. Bu müqavilə çərçivəsində pasient hüquqları mövzusunda yüksək səviyyəli konfransın keçirilməsinə hazırlaşılır və gələcəkdə başqa böyük layihələrin həyata keçirilməsi planlaşdırılır.Azərbaycanı müxtəlif ölkələrdə təşkil olunmuş konfranslarda mühazirələri və elmi məqalələri ilə təmsil edib. Pandemiya dövründə Covid-19 virusu ilə mübarizə aksiyası keçirib: gənc azərbaycanlı həkimlər və tələbələr üçün müxtəlif ölkələrdə tibbi fəaliyyət üçün lisenziyaların alınması və ya təhsillərinin davam etdirə bilmələri üçün yollar göstərmək məqsədi ilə "Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya" adlı virtual proqram yaradıb.Eyni zamanda bu proqramla Azərbaycanda olan müxtəlif təşkilatların, məsələn "SOS childrens village in Azərbaycan" Covid-19-la necə mübarizə aparılmasını aydınlatmağa çalışıb. Xaricdə yaşayan gənc həkim və mütəxəssislərin fəaliyyətlərini dünya üzrə işığlandırmağa çalışıb. Buna görə də bəzən xarici dillərdə həmin mütəxəssislərin fəaliyyətləri haqqında məlumatlar verilib.Azərbaycanlı gənc alim olaraq İtaliyadakı rezidentlər üçün vebinar keçirib. Təbii ki, biliklərini Azərbaycanda olan tələbələr ilə bölüşmək üçün ATU və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan brain gain proqramında iştirak edib.18 iyul 2020-də Azərbaycanda cavan həkimlər üçün Fransada Tibbi Təhsil haqda Alim Assosiyasının üzvü olaraq pulsuz videokonfrans təşkil edib.
 
İctimai fəaliyyəti
BƏƏ-də yaşamağa və çalışmağa başladıqdan sosial şəbəkələrdə Azərbaycan haqqında məlumatlar paylaşmaqla, əcnəbi qonaqları qəbul edərkən Azərbaycana məxsus ləziz təamları təqdim etməklə,BƏƏ-dəki dost-tanışlarına Azərbaycan milli mədəniyyətinə xas hədiyyələr verməklə fəaliyyətə başlamışdır. Daha sonralar Azərbaycanı və Azərbaycanın mütəxəssislərini təbliğ etmək, tanıtmaq məqsədilə Azərbaycan Tibb Universitetinin əməkdaşı, professor Y. Yusubovun dodaq damaq yarıqları patologiyalarına aid modifikasyon əməliyyatı haqqında, Kliniki Tibbi Mərkəzdə müəllimlərin necə həvəs və qayğı ilə təlim tədris prosesini təşkil etməkləri barədə dönə-dönə danışıb. Məqsədi hər zaman Azərbaycanı yüksək səviyyədə təmsil etmək və tanıtmaq olub.
Sabrin Azim bu ilin aprel ayında yaradılan "Azerbaijani Ladies Club" təşkilatın üzvüdür. Məhz onun təşəbbüsü ilə pandemiya dövründə dünyanın 14 müxtəlif ölkələrindən (Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeriya, Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri) "Azerbaijani Ladies Club" nümayəndələri Azərbaycanda ön cəbhədə çalışan həkim və orta tibb işçilərinə dəstək mesajı verən video hazırlayıblar.
 
Üzvlüyü
 
Sabrin Ali Azim fəaliyyətinə görə ACLS Provider, BLS Provider, PALS Provider, SOS Children’s Villages, Azərbaycan Ağız və Üz-Çənə Cərrahiyyəsi Cəmiyyəti, Azərbaycan Stomatoloji Birliyi, Alim assosiasiya və digər yerli və beynəlxalq təşkilatlara üzv qəbul olunub. O, Afrikadakı Azərbaycan ağız və üz-çənə cəmiyyəti məclis üzvünün müavini və Yaxın Şərq ölkələri üzrə koordinatordur. Bununla yanaşı, tibb üzrə bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
 
Mükafatları
 
2007-ci ildə Tələbə Elmi Cəmiyyəti tərəfindən "Andresen apparatus’’ adlı elmi işi İkinci yerə layiq görülüb.
2009-cu ildə isə Tələbə Elmi Cəmiyyəti tərəfindən "Maxillary sinus pneumatization after dental implantation" elmi araşdırması Birinci yerə layiq olub.
2010-cu ildə "The effectiveness of the usage of 3D computer diagnostics and laser stereolithography in preoperative preparation of patients with defects and deformations of facial bones" elmi araşdırması Birinci yerə layiq görülərək "İlin 10 ən yaxşı tələbəsi" mükafatını alıb.
2018-ci ildə RAKCODS tələbələri üçün klinik müşahidənin təşkilində dəyərli töhfələrə görə Təşəkkür sertifikatı alıb.
2019-cu ilin dekabrında Xəstə təhlükəsizliyi mövzusunda 4-cü beynəlxalq konfransda spiker olaraq dəstəyə görə Təşəkkür sertifikatı təqdim edilib
 

 

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
Hamısı