Zaqataladakı qazıntıya Gürcüstan niyə əl uzadır?...

Maraqlı 22:33 13.03.2021

Bu günlərdə Gürcüstan KİV-lərində, belə demək olarsa, qəribə məlumat dərc edilib. Reportiori.ge adlı saytda yer alan məlumatda (“Mtavari” agentliyinə istinadən) deyilir ki, Azərbaycanın Zaqatala rayonu ərazisində “böyük miqdarda qızıl və digər xəzinə” aşkarlanıb. Xəzinənin tapıldığı ərazi iki ölkə sərhədinə yaxındır və ətraf qoşunlarla əhatələnib, əraziyə giriş qadağan edilib.

“Əldə olunan informasiyaya görə bir neçə gün əvvəl Zaqatala rayonunun Faldarlı kəndində əkin sahəsini şumlayıblar. Şumlama zamanı torpaq çöküb. Traktor gətiriblər və qazmağa başlayıblar. Xəzinə tapılıb: fayton, çoxlu qızıl və ölülərin qalıqları”,-xəbərdə belə deyilir.

Bildirilir ki, əraziyə giriş bağlanıb, xüsusi bölmələr gətirilib, tapıntı əraziində yerli arxeoloqlar işləyir.

“Şübhə var ki, söhbət böyük, sensasion və tarixi tapıntıdan gedir. Ərazi Alazan çayının iki-üç kilometrliyində yerləşir. “Mtavari” agentliyinə deyiblər ki, baş verənlər haqda XİN-ə də (yəqin ki, söhbət Gürcüstan XİN-dən gedir,-red.) xəbər veriblər. Yerli sakinlər tələb edirlər ki, söhbət böyük tarixi tapıntıdan getdiyi üçün qazıntılara gürcü arxeoloqları da cəlb edilsin, tarixi izlər silinməsin və ya məhv edilməsin”,-həmin məlumat bu qəribə sonluqla bitir.

Həmin ərazidə nəyin tapıldığı barədə rəsmi məlumata rast gəlinməsə də bir neçə gün əvvəl həqiqətən Faldarlı kəndi yaxınlığında qaz çəkilişi ilə bağlı hansısa torpaq işlərinin aparıldığını dəqiqləşdirə bildik. Yəni söhbət arxeoloji qazıntılardan getmir. Lakin məsələ orada hansı məqsədlə qazıntıların aparılmasında, hansısa xəzinənin aşkarlanmasında da deyil. “Xəzinə tapıntısı” barədə xəbərlər xalq arasında ilk dəfə deyil ki, dolaşır və əsasən kənd yerlərində, bu və ya digər rayonda vaxtaşırı olaraq belə söz-söhbətlər yayılır.

Məsələ bundadır ki, Azərbaycanın Zaqatala rayonu ərazisində qazıntı və “xəzinə aşkarlanması” barədə şaiyələr Gürcüstan KİV-lərində bu cür qəribə reaksiya doğurub. Yəni söhbət Azərbaycan ərazisindən gedirsə orada hansısa arxeoloji qazıntının aparılması və ya “xəzinənin tapılması” qonşu ölkənin Xarici İşlər Nazirliyini niyə maraqlandırmalıdır?

Əlbəttə, Gürcüstan xəbər agentliyinin bu məlumata olan marağı anlaşılandır, dünyanın bu və ya başqa yerində hansısa “sensasion xəzinə tapıntısı” barədə xəbərlər həmişə KİV-lər üçün maraqlı sayılıb. Amma “xəzinə” Azərbaycan ərazisində tapılıbsa və ya arxeoloji qazıntılar Azərbaycan ərazisində aparılırsa bu işə gürcü arxeoloqlarını cəlb etmək çağırışı niyə səslənir ki? Yaxud  onlar hansı “tarixi izlərin” silinməsinin qarşısını almalı idilər?  

Axı Gürcüstan ərazisində hansısa arxeoloji tapıntı barədə xəbərlər eşidəndə Azərbaycanda bu işlərə qarışmaq, ora arxeoloqlar göndərməyi təklif etmək heç kimin ağlına da gəlməzdi. Bir sözlə, Zaqatala rayonunda nəyin tapıldığını dəqiq bilməsək də “Mtavari” agentliyinin bu məzmunlu xəbəri əsl “tapıntıdır”...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Hamısı