"Prezident” əvəzinə “ali hökmdar” olmalıdır - Jirinovskidən təklif | Eurasia Diary - ednews.net

24 İyun, Cümə axşamı


"Prezident” əvəzinə “ali hökmdar” olmalıdır - Jirinovskidən təklif

Maraqlı A- A A+

Rusiyada LDPR lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.

O, bildirib ki, “prezident” sözü ingilis mənşəlidir. “ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülür, deyirlər ki, baxın, rusların hətta rus sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”,- Jirinovski bildirib.

Siyasətçinin fikrincə, ideal olardı ki, Rusiyada dövlət başçısını “ali hökmdar” adlandırsınlar. O, “çar” titulunun qaytarılması ideyasını rədd edib. “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”,- Jirinovski deyib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...