Gürcüstan Müdafiə Nazirliyindən Ramazan jesti - Hərbçilərə Quran paylandı | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Gürcüstan Müdafiə Nazirliyindən Ramazan jesti - Hərbçilərə Quran paylandı

Maraqlı A- A A+

Gürcüstan Müdafiə Nazirliyi (MN) müsəlman hərbçilərə kiçik ölçülü “Qurani-Kərim” paylayıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan MN məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, hərbi kamuflyajla üzlənib.

Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasında hərbçilərə paylanılıb.

Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...