İstanbulda 6 min illik tapıntı | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


İstanbulda 6 min illik tapıntı

Maraqlı A- A A+

İstanbul Arxeologiya Muzeyi tərəfindən aparılan qazıntılar zamanı eramızdan əvvəl 3500-3000-ci illərə aid kurqan tipli türbələr tapılıb.

Eurasia Diary xəbər verir ki, arxeoloq Mehmet Əli Polad təxminən 6 min illik tapıntıların dünya miqrasiya xəritəsini dəyişdirə biləcəyini deyib.

O bildirib ki, aparılan qazıntılar zamanı 1910-cu ildə tikilən tramvay xətti və anbar xarabalıqları, Osmanlı dövrünün, orta və son Bizans dövrünün qalıqları da tapılıb:

“Bu təbəqədən dərhal sonra Bosfor xətti üçün çox vacib olan Ellinizm və Roma dövrlərinə aid kiçik tapıntılar çıxarıldı. Ancaq Beşiktaşdakı qazıntılar zamanı arxeoloqları ən çox həyəcanlandıran tapıntılara bu təbəqələrdən sonra rast gəldik. Tədqiqatlar davam etdikdə, bu tikililərin kurqan tipli türbələr olduğu üzə çıxdı. Dünya miqrasiya xəritəsinə baxanda Tunc dövründə Qara dənizin şimalından Anadoluya bir köç olduğunu görürük”.

Kult..az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...