Ayı fəth edirik - Uçan ilk Azərbaycanlının adı açıqlandı | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Ayı fəth edirik - Uçan ilk Azərbaycanlının adı açıqlandı

Maraqlı A- A A+

ABŞ-da Aya uçuş üçün namizədlərdən biri məlum olub.

Eurasia Diary Lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycanda doğulan, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.

Ələkbər Mirqədirovun 42 yaşı var, Bakıda andan olub, Azərbaycan paytaxtındakı 45 saylı orta məktəbi bitirib, 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-a gedib.

O, ABŞ-da San Dieqo Universitetini bitirib, aerodinamikanın incəliklərini öyrənib, sonra 10 ildən çox bu ölkənin Hərbi Hava Qüvvələrində xidmət edib.

2014-cü ildən Marsa uçmaq, 2019-cu ildən isə Aya uçmaq üçün namizədlərdən biridir.

Mirqədirov ədəbiyyatı sevir, Yiru Qaqarinin həyatı ilə bağlı və Molla Nəsrəddinin lətifələri sevimli kitablarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...