“Amazon” şirkətinin yaradıcısı ilə kosmosa uçuş - Kosmik aparatdakı sonuncu yer hərraca çıxarılıb | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


“Amazon” şirkətinin yaradıcısı ilə kosmosa uçuş - Kosmik aparatdakı sonuncu yer hərraca çıxarılıb

Maraqlı A- A A+

“Amazon” şirkətinin yaradıcısı Ceff Bezosla bir kosmik aparatda kosmosa uçuş üçün sonuncu yer hərracda 28 milyon dollara satılıb.

Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Blue Origin” kosmik şirkəti tərəfindən keçirilmiş hərracın nəticələri göstərir.

“Yer 28 milyon dollara 107 nömrəli adama satıldı”, - deyə hərracın sonunda elan edilib.

“Amazon”un qurucusu və onun qardaşı ilə kosmosa getmək imkanını kimin əldə etdiyi hələlik məlum deyil. “New Shepard” gəmisi ilə kosmosa uçacaq şəxsin adı bir neçə həftədən sonra açıqlanacaq.

Uçuş iyul ayının 20-də “New Shepard” gəmisi ilə həyata keçiriləcək.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...