“UNESCO”nun dünya irs siyahısı yenilənə bilər. Çünki hazırda təhlükə altında olan məkanlar mövcuddur.
Eurasia Diary xəbər verir ki, irs siyahısına daxil ediləcək yerlər arasında Venesiya, Rusiyanın Kamçatka vulkanları, Budapeşt, Nepaldakı Katmandu vadisi (1300 metr yüksəklikdə düzənlik) və Sakit Okeanındakı böyük sualtı qayalıq (Avstraliya sahilləri) var.
Qeyd edək ki, “UNESCO”nun ümumdünya mədəni irs siyahısına Şirvanşahlar sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər, Qobustan dövlət tarixi-bədii qoruğu və Şəki xan sarayı ilə yanaşı Şəkinin tarixi mərkəzi də daxildir.
Bakının da ev sahibliyi etdiyi növbəti iclaslar iyulun 16-dan 30-dək Çində keçiriləcək.
Bu dəfəki iclasların əsas müzakirə mövzusu olan tarixi məkanların görüntülərini təqdim edirik