200 il əvvəl baş vermiş əhvalatlara görə iki kraliçanın heykəlini aşırdılar...

Maraqlı 23:14 03.07.2021

Ötən gün iyulun 2-də Kanadanın Vinnipeq şəhərində keçirilən etiraz aksiyasının iştirakçıları Britaniyanın iki kraliçasının heykəllərini yıxıblar. Onlardan biri Britaniya imperiyasına XIX əsrdə hökmdarlıq etmiş kraliça Viktoriya, digəri isə hazırda Britaniya taxtında oturan kraliça II Elizabetdir. Kanada Konstitusiyasına görə o, formal olaraq Kanada dövlətinin başçısı hesab olunur.

BBC yazır ki, heykəlləri Britaniya müstəmləkəçiliyinin Kanadada qoyduğu irsə, daha dəqiq deyilərsə, bu ölkənin avtoxton əhalisinə qəddar münasibətə etiraz olaraq yıxıblar. Ümumiyyətlə, son həftələr ərzində Kanadada yerli xalqların uşaqları üçün internat məktəblərin həyətlərində bir neçə kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlarda 1900-1970-ci illər arasında ölmüş ən balacası üç yaşında olan yüzlərlə uşağın sümükləri aşkar olunub.

Həmin vaxtlar internat məktəblər yerli xalqların uşaqlarının zorla assimilyasiya edilməsi, onların dil və mədəniyyətlərinin unutdurulması - Kanada dövləti siyasətinin bir hissəsi idi. Uşaqlar internatlarda əsasən ağır həyat şəraitinə görə ölürdülər. Bu məktəblər köhnə, pis qızdırılan və pis işıqlandırılan binalarda yerləşirdi. Həmin internatlarda antisanitariya tüğyan edirdi.

Assimilyasiya proqramı Kanadada 1863-cü ildən 1998-ci ilədək mövcud olub. Bu illər ərzində hakimiyyət orqanları 150 minədək hindu uşağı valideynlərindən zorla qopararaq bu internatlara gətirirdi. İnternatlarda ana dilində danışmaq qadağan idi. Uşaqlara hindu həyat tərzi və adətlərini unutdururdular.

2008-ci ildə təşkil edilmiş komissiya bu nəticəyə gəlmişdi ki, həmin məktəblərin əksər müdavimləri doğma icmalarına heç vaxt qayıtmayıblar. Məktəblərdəykən ölən uşaqlaırn sayı 6 minə yaxın təxmin edilir.Komissiya məcburi assimilyasiya siyasətini “mədəni soyqırım” adlandırmışdı. Məhz buna görə də Kanadanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyalarının iştirakçıları müstəmləkəçilik qalıqlarının aradan qaldırılmasını tələb edirlər.

Kanada Britaniya imperiyasının keçmiş dominionudur. Ölkə indi də konstitusiyalı monarxiya olaraq qalır. Hazırda Kanadanın rəsmi dövlət başçısı Britaniya kraliçası II Elizabetdir. Onu Kanadada mərasim səlahiyyətləri olan general-qubernator təmsil edir. Amma əsl hakimiyyət əlbəttə, Kanada parlamenti tərəfindən təyin edilən baş nazirdir.

Britaniya hökuməti iki heykəlin dağıdılmasını qətiyyətlə pislədiyini bildirib. Hökumət sözçüsü iyulun 2-də deyib: “Biz əlbəttə, kraliçanın heykəlinin yıxılmasını pisləyirik”.

Bununla yanaşı sözçü əlavə edib ki, Britaniya hökuməti Kanadanın yerli icmaları ilə bağlı üzə çıxmış bu faciəli tapıntılardan təəssüflənir. London bildirir ki, hökumət Kanada ilə birlikdə bu problemi diqqətlə öyrənməkdə davam edəcəkdir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı