Sirlərlə dolu təbii daşlar və onların faydaları Qiymətli daşlar haqqında bilmədiklərimiz

Maraqlı 21:00 25.04.2022
Bu gün təbii daşların istifadəsi daha çox aksesuar dünyasında olmasına baxmayaraq, həyatın bütün sahələrində bir çox insan tərəfindən istifadə olunur və daşınır. 
 
Ednews xəbər verir ki, bunun səbəbi daşların bir çox fiziki və zehni problemləri minimuma endirmək üçün istifadə olunmasındadır. Təbii daşların insan sağlamlığına müsbət fayda verdikləri elmi olaraq sübut edilmişdir. Daşlardakı enerjinin səbəbi milyonlarla ildir yerin altında və yerin enerji mərkəzinə yaxın olması kimi izah edilir. Hər daşın öz faydası və mənası var. Gəlin təbii daşlar və onların faydaları ilə tanış olaq.
 
Almaz - dünyada ən sərt və dəyərli daşlardan biridir. Buna görə də tapmaq olduqca çətindir. Almaz daşının faydaları bunlardır: daşıyan insana uğur qazandırır, insanı sakitləşdirir, nəzərdən qoruyur, insan bədənini pis və mənfi enerjidən təmizləyir.
 
Yaqut daşı - saçdığı işıq və təbiətdəki nadirliyi ilə çox qiymətlidir. Qəhvəyi və qırmızı rənglərin ən gözəl çalarlarını daşıyır. Yaqut daşı uğur daşı olaraq da adlandırılır. Yaqutun faydaları bunlardır: İnsana xoşbəxtlik və daha çox özünə güvənməyə imkan verir, insanın immunitet sistemini və qan dövranını tənzimləyir, mənfi duyğuları təmizləyir.
 
Əqiq - çox sərt bir daşdır. Güclü bir daş olduğu üçün terapiya vasitəsi olaraq da istifadə olunur. Əqiq daşının şəfa verdiyinə inanılır. Stressi minimuma endirdiyi və insana mənəvi təsir göstərdiyi bilinən bir daşdır. Əqiq daşının yaydığı güclü enerji insanları heyran edir və onlar üçün faydalıdır.
 
Ametist - daşı nəciblik və əzəmətin rəmzi olan bənövşəyi rəngi ilə enerji, xoşbəxtlik, dinclik və canlılıq verir. Enerjili bir daş olduğu üçün canlandırma təsiri var. Yaydığı enerji həmişə fayda verir və mənfilikdən qoruyur. Xüsusilə mənfi enerjili bir mühitdə yalnız müsbət enerjini cəlb edir. Şüalanma və mənfi enerjidən qoruduğuna, göz və ürək üçün yaxşı olduğuna inanılır. Qəzəbi sakitləşdirən, stresi atan və müsbət enerji verən bir xüsusiyyəti var. Buna görə də bir çox məkanlarda-restoranlarda, gözəllik salonlarında və s. ametist daşından istifadə edilir.
 
Kəhrəba - daşının ən çox bilinən faydası ağrı kəsici olmasıdır. Kəhrəba psixoloji problemi olan insanlar üçün şəfa mənbəyidir, bel və diz ağrılarının sağalmasında istifadə edilir. Buna görə də həkimlər xəstələrinə bu daşı məsləhət görürlər. Kəhrəba daşı zehni sağlamlığı qoruyur, bədənə canlılıq və enerji verir. Ətrafdakı mənfi enerjini aradan qaldırır və rahatlama hissi verir.
 
Pələng gözü - qiymətli daşlar arasında yer alan bu daş həm qadınlar, həm də  kişilər tərəfindən aksesuar kimi istifadə edilir. Azadlıq daşı kimi simvollaşdırılan pələng gözünə cəsarət və sakitlik daşı deyilir. Pələng gözü baş ağrısı və yuxusuzluğu aradan qaldırır. Enerjiləri tarazlayır və iş həyatında uğur gətirir. Kabus görən uşaqlar üçün təsirli olduğu bilinir. İnsanlara dinclik və əmin-amanlıq verir.
 
Oniks daşı - qoruyucu bir daşdır və insanı keçmişdə yaşadığı psixoloji hadisələrdən və travmalardan qoruyaraq ruhi sağlamlığı qorumağı təmin edir. Şüurdakı mənfi düşüncələrdən qurtulmağa kömək edir. Sizi qurtulmaq istədiyiniz asılılıqdan azad edir(məsələn, alkoqol, siqaret və s.). Oniks daşının insanın özünü idarə etmə qabiliyyətini inkişaf etdirdiyi müəyyən edilmişdir.
 
Göy yaqut - kimi tanınan Sapfir daşının adı latınca mavi mənasını verən "Sapphirus" sözündən gəlir. Mavi, çəhrayı, narıncı, sarı, yaşıl, bənövşəyi və qara rənglərdə və ya şəffaf ola bilər. Tarix boyu padşahların və hökmdarların onları pislikdən, xəyanətdən və sehrdən qorumaq üçün istifadə etdikləri müqəddəs bir daşdır. Müxtəlif xəstəliklərə şəfa gətirdiyinə inanılır. Şəffaf sapfir insanda özünə inam, sevgi və işıq hiss etmənizi təmin edir. Mavi safir emosional travmaların yükünü yüngülləşdirərək azadlıq hissi verir.
 
İnci daşı - sizə güc, dinclik və işləmək əzmi verir. Həm də emosional qoruma üçün istifadə olunur.
 
Firuzə daşı - bəxt daşı kimi tanınır. Yaratdığı daxili əlaqələr sayəsində müalicəvi təsir göstərir. Şüuru genişləndirir və narahatlığı sakitləşdirir. Qan təzyiqini tənzimləyir və ürək xəstələri üçün faydalıdır. Yaradıcılıq 
qabiliyyətini artırır. Buna görə də bir çox rəssam firuzə daşından istifadə edir.
 
Zümrüd daşı - yaşıl rənginə görə məhsuldarlıq və yağış rəmzi kimi tanınır. Təsəvvürü yaxşılaşdırdığına və yaddaşı gücləndirdiyinə inanılır. Göz ağrısını, iltihabı və halsızlığı aradan qaldırır. Həkimlər bəzən xəstələrinə zümrüd daşını tövsiyyə edirlər.
 
Dəyərli oxucular!
 
Almaz daşı kimi güclü, şəffaf saphir daşı kimi işıqlı, ametist daşı kimi canlı, yaqut daşı kimi uğurlu, inci daşı kimi zərif olmağınız diləyilə...
 
Xədicə İsmayılzadə
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Hamısı