Perunun şimalında, Barranka bölgəsində 3 500 il yaşı olan qədim Peñico şəhəri aşkarlanıb.
“EDnews” xəbər verir ki, arxeoloqlar bu şəhərin qədim dövrlərdə mühüm ticarət və mədəniyyət mərkəzi olduğunu bildirirlər.
Qazıntılar zamanı ibadət məbədləri, yaşayış binaları və antik əşyalar, o cümlədən dəniz qabıqlarından hazırlanmış boyunbağılar tapılıb. Peñico şəhərinin, Amerika qitəsinin ən qədim sivilizasiyası sayılan Caral mədəniyyətinin davamı olduğu vurğulanır.
Arxeoloqlar hesab edir ki, bu kəşf qədim cəmiyyətlərin miqrasiyası və inkişafı barədə yeni məlumatlar verir. Peru bu cür tapıntılarla dünyanın aparıcı arxeoloji mərkəzlərindən biri kimi tanınmağa davam edir.