Mayın 2-də, İngiltərənin Hitrou limanından havaya qalxaraq Nyu-Yorka uçan “Virgin Atlantic Airlines” şirkətinə məxsus “Airbus A330” təyyarəsi səfəri başa çatdırmadan Londona qayıtmaq məcburiyyətində qalıb.
Ednews xəbər verir ki, hadisəyə səbəb yardımçı pilotun səfər zamanı etdiyi ağılasığmaz açıqlama olub.
Belə ki, o, sonuncu uçuş sınağından keçə bilmədiyini və təlimini yarım qoyduğunu bildirib. Nəticədə, təyyarə səfərin bitməsinə cəmi 40 dəqiqə qalmış Hitrou hava limanına qayıdıb.
Yardımçı pilotun təcrübəsiz olduğunu etiraf etməsi sərnişinlər arasında böyük qarışıqlığa səbəb olub. Bu səbəblə də, əsas pilot uyğun yardımçı pilot seçmək üçün yenidən İngiltərəyə qayıdıb.