“Qara vəba” yaxud “Qara ölüm” orta əsrlərdən bəri ən çox insan ölümünə səbəb olan xəstəlik hesab edilir. Ednews xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün alimlər Avropanın hər yerindən olan çiçək tozcuğu nümunələrini analiz ediblər. Tədqiq edilən 21 bölgədən yalnız 7-də əhalinin sayının kəskin azalmasına dair sübutlar tapılıb.
İnsanlar “Qara Ölüm”-ü Avropanı məhv edən və təxminən 50 milyon insanın ölümünə səbəb olan dəhşətli xəstəlik kimi qəbul edirlər. Ümumilikdə, bu xəstəlikdən nə qədər insanın öldüyünü bilmək mümkün olmasa da, əldə edilmiş çiçək tozcuqlarının səviyyələrinə əsaslanaraq yeni bir qənaətə gəlmək mümkündür.
Aparılan yeni araşdırma nəticəsində bəzi Avropa ölkələrinin vəbadan çox əziyyət çəkməsinə baxmayaraq digərlərinin heç də böyük ölçüdə zərər görmədiyi məlum olub.
Sözügedən xəstəlik 1346-1353-cü illərdə Avropada yayılaraq əhalinin 65%-nin ölümünə səbəb olub. Bəs, vəba xəstəliyi Avropaya eyni dərəcədə təsir edib?Bu səbəblə Maks Plank İnstitutunun ətraf mühit tarixçisi Adam İzdebski qədim tozcuq səviyyələrini öyrənmək qərarına gəlib.
O bildirib ki, əgər bölgədə çoxlu sayda insan həyatını itirsəydi,torpaqda onların qalıqlarına rast gəlmək mümkün olardı. Lakin, tapılan qalıqlar o qədər də çox deyil.
Buğda və digər bitkilərdən əldə edilən çoxlu tozcuqlar isə pandemiya zamanı əkinçilik fəaliyyətinin kəskin şəkildə azalmadığını göstərir.
İzdebskinin komandası “The Conversation”-a açıqlamasında bildirib ki, Avropa əhalisinin üçdə biri və ya yarısı bir neçə il ərzində ölərsə, orta əsrlərdə becərilən torpaqlar demək olar ki yox olacaq. Əgər, doğrudan da “Qara Vəba” xəstəliyi dönəmində əhalinin çox hissəsi həyatını itirsə idi, yararlı torpaqlar da onlarla birlikdə yox olardı. Ancaq araşdırma bunu göstərir ki, həmin bölgələrdə insan itkisi halına rast gəlinsə də, əhali sayında artım müşahidə olunub.
Nəzrin Beydiyeva